Millət vəkilləri qəzaya düşdü, ölən və yaralananlar var
Ankarada HDP-li millət vəkilləri Ömər Öcalan, Dersim Dağ, Nusrettin Maçını və partiya üzvlərini hava limanına aparan avtomobil taksi ilə toqquşub.
Azia.az bildirir ki, Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində taksi sürücüsü dünyasını dəyişib. Millət vəkillərinin yüngül xəsarət aldığı bildirilir.
Əraziyə polis və təcili yardım briqadası cəlb olunub. (qazet.az)