azia.az
azia.az

Musiqi məktəblərində korrupsiya pozuntuları aşkarlanıb

14-10-2022, 12:57

Regionlardakı musiqi məktəblərində korrupsiya pozuntuları aşkarlanıb.

Xəbər verilir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bir ildən çoxdur ki, regionlardakı mədəniyyət müəssisələrində yoxlamalar həyata keçirilir: "Yoxlamalarda çox ciddi pozuntular aşkarlanıb. Ən çox pozuntular uşaq musiqi məktəblərindədir. Sirr deyil ki, bu pozuntular içərisində korrupsiya halları da var. Həmçinin musiqi məktəblərində nəzarət sisteminin olmaması, "ölü canlar" və digər bu kimi pozuntu halları aşkarlanıb. Bu pozuntular musiqi məktəblərinin fəaliyyətinə mənfi təsir göstərir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi