azia.az
azia.az

““Bolt və “Uber” Azərbaycandan qovmaq lazımdır, qazandıqları pulları ermənilərin arasında yeyib kef edirlər”

14-10-2022, 09:18

“Söhbət iqtisadi inkişafdan, xarici investorların Azərbayacana cəlb edilmısindən gedirsə, “Uber” və “Bolt” taksi şirkətlərinin, eləcə də “Yango” və “Maxim”in bizim ölkəyə heç bir xeyri yoxdur. Ziyanı isə çoxdur. Azərbaycanda qazandıqları pulları aparıb xaricdə, bəzən də ermənilərin arasında yeyib kef edirlər, biz də burada hər gün qəzaya baxırıq, sürücülər itin zülmünü çəkir, qəpik-quruşa taksi sürürlər...”

 

Bunu nəqliyyat məsələləri üzrə ekpsert Elməddin Muradlı bildirib.

E.Muradlı qeyd edib ki, bu şirkətlərin hamısı Azərbaycandan qovulmalıdır: “Yerli şirkətlər inkişaf etməlidir. Vahid taksi qiyməti müəyyən edilən kimi “Bolt”u və “Uber”i çıxarmaq lazımdır. Onlar bizim yerli şirkətləri məhv edib. Bizə hər gün qəza yaşadırlar, “Prius” kimi avtomobil modeli gözdən düşüb”.

 

Kənan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi