azia.az
azia.az

Nüvə hücumu olarsa, Rusiya ordusu MƏHV EDİLƏCƏK - AÇIQLAMA

13-10-2022, 15:47

Moskvaya nüvə silahından istifadə ilə bağlı blef etməyə icazə verilə bilməz.

 

Xəbər verilir ki, bunu Belçikanın Brügge şəhərində Avropa Diplomatik Akademiyasının açılışında Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

 “Aydın olmalıdır ki, Ukraynanı dəstəkləyənlər, ABŞ, NATO və Aİ də blef etmir. Nüvə hücumunun cavabı olacaq. Əlbəttə, nüvə cavabı deyil, ancaq Rusiya ordusunu məhv edəcək qədər güclü hərbi cavab olacaq”. 

Borrell Kiyevə hərbi dəstəyi davam etdirməyi və mümkün olduqda diplomatik kanallar axtarmağı da qeyd edib.

 “Biz indi sülh danışıqlarında etdiyimiz kimi, buna hazır olmalıyıq. Dünyanın müharibəni dayandırması lazımdır”, - Aİ-nin Ali Nümayəndəsi əlavə edib.(APA)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi