azia.az
azia.az

Məşhur restoranın qarşısında kütləvi dava: Yeyib-içdilər, sonra isə...

13-10-2022, 09:25

Bakıda məşhur restoranın müştəriləri yeyib-içdikdən sonra dava ediblər. 

Məlumata görə, hadisə ötən gecə saat 01:00 radələrində Səbail Puşkin küçəsində yerləşən “Mama-Jan” restoranın qarşısında baş verib.

Bir qrup şəxs restoranda yeyib-içdikdən sonra bir-birinə qarşı nalayiq ifadələr işlədiblər. Polislər əraziyə yaxınlaşaraq, orada altı kişi və qadınını onları  bölmətə dəvət ediblər. Həmin şəxslər onların qanuni tələblərinə tabe olmayaraq, maşına minmək istəməyiblər. Hadisə yerinə digər patrul xidməti çağırılıb. 

39-cu Polis Bölməsinə gətirilən şəxslər orda da həmin hərəkətləri davam etdirərək, nalayiq ifadələr işlədiblər.

Onların izahatı alındıqdan sonra məhkəməyə göndəriliblər.

Səbail rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində iki nəfərə 8 sutka inzibati həbs cəzası verilib, bir nəfərə isə 150 manat cərimə kəsilib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi