azia.az
azia.az

"Gorus-Qafan magistral yolu Ermənistan sərhədlərinə DAXİL DEYİL"

11-10-2022, 08:16

Aleksanyan erməniləri DƏLİ ETDİ: "Gorus-Qafan magistral yolu Ermənistan sərhədlərinə DAXİL DEYİL" 

Azia.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Vaaqn Aleksanyan bu gün keçirilən brifinqdə bildirib.

Deputat Ripsime Qriqoryan “Qarabağ məsələsi Ermənistan və Azərbaycanın ərazi bütövlüyü məsələsi kontekstində ola bilməz” deyib.

“Ərazi bütövlüyü dedikdə biz Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini, Ermənistanın BMT-nin üzvü kimi tanındığı sərhədləri nəzərdə tuturuq. Praqada qəbul edilmiş bəyanatda 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş ərazilər nəzərdə tutulur.

Ancaq indiki vaxtda delimitasiya və demarkasiyaya ehtiyac var.”, – deyə o qeyd edib.

9 noyabr 2020-ci il tarixli bəyanatdan sonra Azərbaycan gömrük nəzarəti postlarının yaradıldığı Gorus-Qafan dövlətlərarası avtomobil yolunun bu sərhədlərə daxil olub-olmaması ilə bağlı suala “Vətəndaş müqaviləsi”nin deputatı Vaaqn Aleksanyan belə cavab verib:

“Gorus-Qafan avtomobil yolu bu sərhədlərə daxil deyil. Lakin 2010-cu ildə (əslində, sənəd 1995-ci ildə təsdiq olunub, 2010-cu ildə əlavə və dəyişikliklər edilib – red.) Ermənistan parlamenti tərəfindən qəbul edilmiş Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında qanunda göstərilən sərhədlərə də daxil deyil”.

Qeyd edək ki, deputatın bu açıqlaması ermənilərin növbəti qəzəbinə səbəb olub.KONKRET.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi