azia.az
azia.az

2023-cü ildə amnistiyada kimlər bağışlanacaq?- AÇIQLAMA

10-10-2022, 19:18

Xəbər verdiyimiz  kimi Prezident İlham Əliyev 2023-cü ili “Heydər Əliyev İli” elan edib. Bu münasibətlə isə amnistiya aktının tətbiq ediləcəyi gözlənilir.  

Maraqlıdır, amnistiya aktı olarsa, kimlərin cəzası ləğv edilə bilər? Ümumiyyətlə, növbəti il geniş şəkildə əfvetmənin olması real görünürmü?

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məsələ ilə bağlı Gundem.az saytına  açıqlama verib.


“Təsadüfi deyil ki, Azərbaycanın müstəqillik konstitusiyasının ana yazısına məhz Heydər Əliyevin təşəbbbüsü ilə əfv hüququ daxil edilmişdir. Bütün bu şərtlər onu göstərir ki, 2023-cü il ulu öndərin 100 illiyi münasibətilə əfv sərəncamı da, amnistiya aktı da ola bilər.

2018-ci ildə demoratik cümhuriyyətin 100 illliyi ilə bağlı böyük bir əfv sərəncamı oldu, 600-dən yuxarı şəxs cəzadan azad edildi. 2021-ci ildə isə qalibiyyətin əldə edilməsi ilə bağlı "Zəfər amnistiyası" və elə həmin ildə böyük bir əfv sərəncamı oldu.

Əfvetmə haqqında  komissiyada onun kriteriyaları var. Bu kriteriyalara əsaslanaraq ayrı-ayrı şəxslərin əfv olunması ilə bağlı rəy hazırlanır və cənab prezidentə təqdim olunur. Prezident tərəfindən kimlərin əfv olunması ilə bağlı qərar qəbul olunur”,-müsahibimiz bildirib.

Əliməmməd Nuriyev  amnistiya aktının bütün məhbuslara  şamil olunmadığını da diqqətə çatdırıb:

 “Ötən illərin təcrübəsinə baxsaq görərik ki, bir qayda olaraq o şəxslər əfv olunur ki, onların ailə vəziyyəti nəzərə alınır, zərərçəkmişin mövqeyi nəzərə alınır, həmin şəxsin etdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınır və  eyni zamanda zərərin ödənilməsi ilə cəzanın çəkilmə müddəti nəzərə alınır.

Əfvetmə ağır cinayət törətmiş, narkotik maddələrin qanunsuz ticarəti ilə  və yaxud quldurluqla məşğul olan, vətən xainlərinə, terror aktı törədən və eyni zamanda zorakılıq hərəkətləri etmiş, insan alveri ilə məşğul olan şəxslərə isə şamil olunmur". 

Qeyd edək ki,  2023-cü ildə qəbul ediləcək amnistiyanın Azərbaycanda ən böyük amnistiya aktı olacağı gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi