azia.az
azia.az

Ruhəngiz Qasımova vəfat etdi

9-10-2022, 22:32

Əməkdat incəsənət xadimi, tanınmış bəstəkar Ruhəngiz Qasımova vəfat edib.

Məlumata görə, məşhur sima 82 yaşında həyatını itirib.

Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub. “Babamın muzeyi” adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır. Musiqi əsərləri arasında “Quyu” tamaşasına musiqi (1995), “Qızıl oğlan” musiqili nağıl (1999) xüsusi yer tutur.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi