azia.az
azia.az

Deputatın şirkətinə protokol tərtib edildi

7-10-2022, 09:41

"Azerimed" QSC barəsində  cərimə protokolu yazılıb.

 

Məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Mətbuatda "Azerimed" QSC Milli Məclisin deputatı Kəmaləddin Qafarovun ən böyük dərman şirkəti olduğu barədə məlumatlar yayılıb.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi