Kraliçanın dəfni ilə bağlı Türkiyəyə bu sifariş edildi
Kraliçanın dəfni ilə bağlı Türkiyəyə bu sifariş edildi
Böyük Britaniyanın mərhum kraliçası II Yelizavetanın dəfn mərasimi üçün Türkiyədən çiçəklər sifariş edilib.
Bildirilir ki, Antalya və İspartadan krallığa ən azı 1,5 milyon ədəd qərənfil göndəriləcək. Bildirilib ki, vaxt məhdudiyyətindən dolayı qərənfillər TIR-larla deyil, təyyarələrlə İngiltərəyə çatdırılacaq. İstehsalçılar bu böyük həcmli sifarişi zamanında yollamaq üçün işçilərin sayını yarıbayarı artırıb. Qeyd edək ki, kraliçanın dəfn mərasimi 19 sentyabrda keçiriləcək.