Amerikalı səyyah: “Qarabağda erməni vandalizminin izlərini gördük"
"Az öncə Zəngilana, Ağalı kəndinə gəlmişik. Qarabağda olarkən, Zəngilana gələrkən erməni vandalizminin izlərini gördük. Bu, çox təəssüf doğurur".![]()
Bu fikirləri “Report”a hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan amerikalı səyyah Çarlz Adams deyib.
Onun sözlərinə görə, bütün dağıntılar, vandalizm aktlarının olmasına baxmayaraq, bölgədə sürətlə davam edən abadlıq-quruculuq işləri heyrətedicidir:
"Ağalıda, bu “ağıllı kənd”də hər cür şəraitin olduğunu müşahidə edirik: apteklər, supermarketlər, eyni zamanda kafelər, məktəblər. İnsanların burada işlə təmin olunması da ayrıca sevindirici haldır".