azia.az
azia.az

Zəngilana köç başlayır - VİDEO

19-07-2022, 08:11

Zəngilana köç başlayır - VİDEO
Xəbər verdiyimiz kimi, iyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılacaq.
Otuz il doğma yurdlarına qovuşmaq həsrəti ilə yaşayan məcburi köçkünlərimizin gözlədikləri bu tarixi gündən bizi cəmi bir neçə saat ayırır. İşğaldan azad olunan ərazilərə Böyük Qayıdış Zəngilan rayonunun Ağalı kəndinə on ailənin köçürülməsi ilə başlayacaq.
Bakupost.az Azərtac-a istinadən xəbər verir ki, artıq ilk mərhələdə köçürüləcək ailələr hazırlıqlara başlayıblar.
Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür. İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.
Kənddə sakinlərin rahat yaşayışını təmin etmək üçün hər cür şərait var. Ağalı kəndində “Ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi