azia.az
azia.az

Azərbaycanda kişi 3 nəfərə qarşı əxlaqsızlıq etdi

9-09-2022, 09:09



Azərbaycanda kişi 3 qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Azərbaycanda kişi 3 nəfərə qarşı əxlaqsızlıq etdi


Məlumata görə, B.Səfərov yeniyetmə qızları - Günay, Rəna və Səmaya (hər üçünün adı şərti) qarşı əxlaqsızlığa əl atıb.



Onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.



Artıq cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



İş hakim Hafiz Əliyevin icraatına verilib.



Məhkəmənin hazırlıq iclası oktyabrın 7-nə təyin edilib.



Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi