azia.az
azia.az

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ! - Bu tarixdən bəzi telefonlarda işləməyəcək

7-09-2022, 08:36

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ! - Bu tarixdən bəzi telefonlarda işləməyəcək
“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ! - Bu tarixdən bəzi telefonlarda işləməyəcək
Cari ilin oktyabr ayından etibarən məşhur vatsap messenceri bəzi “Apple” smartfonlarını artıq dəstəkləməyəcək.

Azia.az “Report”a istinadən xəbər verir ki, “iOS 10” və “11” əməliyyat sistemli “iPhone” istifadəçiləri vatsapdan proqram təminatının iOS 12 və digər versiyalara yenilənməsi tövsiyəsi ilə bağlı bildirişlər almağa başlayıb.

Əks halda, 24 oktyabr 2022-ci il tarixindən etibarən messencer istifadəçiləri ona girişi itirəcək.

Eyni zamanda, hələ də populyar olan “iPhone 5” və “iPhone 5C” smartfonlarını “iOS 12”-ə yeniləmək mümkün deyil. Beləliklə, oktyabrın sonundan bu smartfonların sahibləri vatsapdan istifadə edə bilməyəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi