azia.az
azia.az

Leysan olacaq - XƏBƏRDARLIQ

4-09-2022, 18:49


Sentyabrın 6-dan 8-i gündüzədək gözlənilən yağışlarla əlaqədar əksər çaylarda sululuğun artacağı gözlənilir.
Leysan olacaq - XƏBƏRDARLIQ
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.

Dağlıq və dağətəyi rayonlarda yağışın intensiv və leysan xarakterli olacağı ilə əlaqədar Böyük Qafqazın Balakən-Şəki, Oğuz-Qəbələ, Quba-Xaçmaz, Kiçik Qafqazın Daşkəsən-Gədəbəy, Goranboy-Göygöl, Qazax-Gəncə bölgələri və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Hava şəraitinin quraq keçməsi ilə əlaqədar respublikanın tranzit çaylarında sululuq normadan 47 %, yerli çaylarda isə 20 % aşağı olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi