azia.az
azia.az

Hava ilə bağlı XƏBƏRDARLIQ

3-09-2022, 16:07

Hava ilə bağlı XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən Azia.az-a bildirilib ki, 25 gün davam edən isti və quraq hava şəraitindən sonra ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında proses sentyabrın 5-də əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq.

Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq.

Küləkli hava şəraiti sentyabrın 7-də gündüzədək davam edəcək.

Havanın temperaturu tədricən 8-10° aşağı enəcək.

6-sı gündüzdən 08-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sentyabrın 5-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 06-dan 08-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi