Hava ilə bağlı xəbərdarlıq olundu EHTİYATLI OLUN
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.
Azia.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 1-i gündüzdən 2-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.
Axşam yağış yağacagı ehtimalı var. Havanın temperaturu dekabrın 2-də ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında dekabrın 1-i günün ikinci yarısından 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu dekabrın 02-də ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.