azia.az
azia.az

“Öləcəkdim, 2 balam da yetim qalacaqdı” - Bakının mərkəzində HADİSƏ

1-09-2022, 17:35

“Öləcəkdim, 2 balam da yetim qalacaqdı” - Bakının mərkəzində HADİSƏ
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova Bakının mərkəzində ölümdən dönüb.

32gun.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində bildirib.

“Bu gün günorta kiminsə səhlənkarlığının qurbanı olacaqdım. “Sahil” metrosunun üstündəki binanın sonuncu mərtəbəsinin eyvanından qopan daşlar başıma düşəcəkdi, öləcəkdim, 2 balam da yetim qalacaqdı”, - o yazıb.

Mətbuat katibi çox qorxduğunu bildirib: “Hələ də əllərim əsir. Əcəl ilə mənim aramda bir neçə santimetr var idi...”.

O əlavə edib ki, bu binanın fasadına, eyvanına ciddi baxış keçirilməlidir: “İnsanların əsəbləri ilə oynamaq olmaz!”.

“Öləcəkdim, 2 balam da yetim qalacaqdı” - Bakının mərkəzində HADİSƏ
“Öləcəkdim, 2 balam da yetim qalacaqdı” - Bakının mərkəzində HADİSƏ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi