azia.az
azia.az

11 yaşlı məktəbli IQ-də Eynşteyni geridə qoydu - FOTO

31-08-2022, 09:03

11 yaşlı məktəbli IQ-də Eynşteyni geridə qoydu - FOTO
İngiltərədən olan 11 yaşlı Kevin Suini IQ-da Stiven Hokinq və Albert Eynşteyni üstələyib.

Bildirilir ki, məlumata görə, məktəblinin nəticəsi 162 xal olub. Adıçəkilən alimlərdə IQ səviyyəsi 160 xaldır.

Uşağın atası övladı ilə fəxr etdiyini və onu dünyanın ən ağıllı uşağı hesab etdiyini bildirib. Ata, bu nailiyyətinin Kevinin özünə hörmətini yüksəldəcəyinə və daha qətiyyətli edəcəyinə ümidini ifadə edib.

O da bildirilir ki, məktəblinin yüksək performansı valideynləri üçün sürpriz olmayıb: Suini altı yaşında olanda artıq Mendeleyevin dövri cədvəlini əzbər bilib. "Kevinin həyatda öz problemləri var. Biz ona tam potensialına çatmaqda kömək etmək və həyatda bütün imkanları təmin etmək istəyirik", - deyə uşağın anası bildirib.
11 yaşlı məktəbli IQ-də Eynşteyni geridə qoydu - FOTO
11 yaşlı məktəbli IQ-də Eynşteyni geridə qoydu - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi