azia.az
azia.az

Azərbaycanda 9 milyon manata otel satılır - FOTOLAR

30-08-2022, 17:26

Azərbaycanda 9 milyon manata otel satılır - FOTOLAR
30 avqust 2022-ci il tarixində hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin siyahısı açıqlanıb.



Sfera.az xəbər verir ki, hərraca 13 müəssisə və obyekt çıxarılıb.



Hərraca çıxarılan obyektlərin siyahısı belədir:

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 2-ci döngə, bina 2M. “Mərdəkan” restoranı
Şadlıq evi, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, 5A
Gəncə şəhəri, Kəpəz rayonu, Z.Əliyeva küçəsi, 2-ci döngə, bina 10, İki mərtəbəli istehsal sexi
Neftçala rayonu, Bankə qəsəbəsi, H.Əmənov küçəsi, 9A, 1 saylı bərbərxana
Lənkəran rayonu, Moloja kəndi, Moloja kənd Sənətkarlıq klubu
Şəmkir rayonu, Keçili kəndi, “Çinar” soyuducular zavodunun Şəmkir filialı
Şəmkir rayonu, Keçili kəndi, Şəmkir yun tədarükü məntəqəsi
Goranboy rayonu, Qarapirimli kəndi, Yardımçı təsərrüfat
Goranboy rayonu, Səfikürd kəndi, Qovlar tikiş fabrikinin Goranboy sahəsi
Balakən şəhəri, Gözəlov küçəsi, 102, “Qubek Otel” İstirahət Zonası
Qəbələ rayonu, Çuxur Qəbələ kəndi Qaraj binası
İsmayıllı rayonu, Soltankənd kəndi, Soltankənd kənd Yaradıcılıq Evi
Ağstafa rayonu, Köçəsgər kəndi, Mal fermasının yarımçıq tikilisi


Qeyd edək ki, məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.

Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 566-07-44; 514-23-64



Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e-emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.



Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:



1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN)



2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).



Azərbaycanda 9 milyon manata otel satılır - FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi