Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) aprelin 4-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.Oxu.Az xəbər verir ki, budəfəki hərracda 14 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.
Hərracda satılan avtomobillər Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinə və Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına məxsusdur.
Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq:
Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.
Hərraca çıxarılan avtomobillərin siyahısı ilə aşağıdakı fotoda tanış ola bilərsiniz.