azia.az
azia.az

Hillari Klintondan baş nazirə dəstək: Rəqs etməyə davam edin - FOTO

30-08-2022, 08:22


Hillari Klinton 2012-ci ildə ABŞ dövlət katibi olarkən çəkdirdiyi fotosunu “Twitter” hesabında paylaşıb.
Hillari Klintondan baş nazirə dəstək: Rəqs etməyə davam edin - FOTO


Şəkildə onun klubda rəqs etməsi əks olunub. Sabiq dövlət katibi bu paylaşımı Finlandiyanın Baş naziri Sanna Marinin qalmaqallı videolarına dəstək məqsədilə edib.



Mən burada dövlət katibi qismində görüş üçün uçduğum Kartaxena şəhərindəyəm. Rəqs etməyə davam edin, Sanna Marin”, – deyə Hillari Klinton paylaşımda Finlandiya baş nazirinin hesabını qeyd edib.
“Hillari Klintona təşəkkür edirəm”, - deyə Sanna Marin cavab olaraq yazıb və şərhə ürək emojisi əlavə edib.



Hillari Klintonun fotosu 10 il əvvəl Kolumbiyaya rəsmi səfəri zamanı çəkilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi