Finlandiya Baş nazirinin çılğın əyləncə gecəsi GÜNDƏM OLDU: Narkotik istifadə edib? - ANBAAN VİDEO
Gecə həyatına düşkünlüyünə görə tez-tez tənqid hədəfinə çevrilən Finlandiyanın 36 yaşlı Baş naziri Sanna Marin yenidən gündəmi silkələyib.
Azia.az xəbər verir ki, Baş nazirin əyləndiyi gecədən görüntülər mediaya sızıb.
Görüntülərdə Baş nazir çılğınca rəqs edir və onun dostlarından biri "kokain" deyə qışqırır.
Video mediada yayılandan sonra müxalifət S.Marindən dərhal narkotik testindən keçməyi və nəticələri ictimaiyyətə açıqlamağı tələb edib.
Sanna Marin bu gün keçirdiyi mətbuat konfransında narkotikdən istifadə etdiyi ilə bağlı iddianı qətiyyətlə rədd edib:
“Gizlədəcək bir şeyim yoxdur, mahnı oxudum və rəqs etdim. Qanundankənar heç bir şey etməmişəm. Çox içki içən biri deyiləm. Bu görüntülərin yayılacağına inanmırdım".
Qeyd edək ki, Sanna Marin keçən il koronavirus qaydalarını pozaraq gecə yarısı əyləncə klubuna getdiyi üçün də üzr istəmişdi.