azia.az
azia.az

“Suzuki” “Toyota” ilə birlikdə yeni elektromobillər istehsal edəcək

29-08-2022, 09:10


Yaponiyanın “Suzuki” və “Toyota” şirkətləri yeni müştərək elektromobillər istehsal edəcək.
“Suzuki” “Toyota” ilə birlikdə yeni elektromobillər istehsal edəcək
Bu barədə "Report" "Nikkei"yə istinadən xəbər verir.

Qeyd edilir ki, hazırda hər iki avtomobil istehsalçısı gələcək model üçün əsas olacaq kompakt elektromobillər üçün vahid platforma üzərində işləyirlər. Söhbətin kiçik krossoverdən getdiyi güman edilir.

Yaponiya şirkətləri bununla Hindistanın “Tata Motors” konserni ilə rəqabət aparmaq niyyətindədirlər. Qeyd edək ki, həmin şirkət də elektromobillərin istehsalını artırmaq qərarına gəlib və bu məqsədlə yaxın günlərdə “Ford India” Hindistanın qərbindəki Qucarat əyalətinin Sanand şəhərində zavodunu alıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi