azia.az
azia.az

Ermənilərlə görüşən Azərbaycan rəsmisi danışdı — “Bizimlə çox səmimi idilər” (VİDEO)

25-08-2022, 22:50

Ermənilərlə görüşən Azərbaycan rəsmisi danışdı — “Bizimlə çox səmimi idilər” (VİDEO)
Xəbər verdiyimiz kimi, bazar ertəsi günü Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarət bölgəsindəki Sərsəng su anbarına baş çəkib, obyektin erməni istismarçıları ilə görüşüb. Görüşdə iştirak edən Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Adil Qafarlı BBC News Azərbaycancaya səfərin məqsədi və nəticələri haqqında danışıb. Adil Qafarlı deyib ki, bu səfər heç də onların qurumundan Sərsəng su anbarına ilk səfər olmayıb və əvvəlkindən fərqli olaraq bu dəfə daha səmimi, məhsuldar görüş keçib. Suvarma üzrə mütəxəssis bildirib ki, razılaşmaya görə indidən sonra hər 15 gündə bir Azərbaycan tərəfindən ekspertlər Sərsəngə səfər edəcək və onun işləməsində su anbarının erməni istismarçıları ilə əməkdaşlıq edəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi