azia.az
azia.az

Gürcü jurnalistlər Şuşaya və Ağdama səfər edəcəklər

21-09-2021, 08:26

Gürcü jurnalistlər Şuşaya və Ağdama səfər edəcəklər
Azərbaycan prezidentinin köməkçisi, prezident administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gürcüstandan olan jurnalistlər, bloqerlər və akademiklərlə görüşüb. Bu barədə Hikmət Hacıyev özünün tvitterdəki hesabında bildirib.

"Qonşu Gürcüstandan olan jurnalistləri, bloqerləri və akademikləri salamlamaqdan məmnunam. Regional problemlərlə bağlı səmimi və geniş fikir mübadiləsi apardıq. Gürcü dostlar Şərqi Zəngəzur və Qarabağın İqtisadi Zonalarını, xüsusən Şuşa və Ağdamı ziyarət edəcəklər", - deyə Hikmət Hacıyev bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi