azia.az
azia.az

Allahın bəyənmədiyi heyvanları Allahın evinə buraxılması vandallığın əsl təzahürü idi

25-08-2022, 20:46

Allahın bəyənmədiyi heyvanları Allahın evinə buraxılması vandallığın əsl təzahürü idi
Allahın bəyənmədiyi heyvanları Allahın evinə buraxılması vandallığın əsl təzahürü idi
“30 il işğal altında olan torpaqlarımızda yerləşən məscidlərdə donuz saxlanılması, Allahın bəyənmədiyi heyvanların Allahın evinə buraxılması vandallığın əsl təzahürü idi. Bu, erməni cinayətkarlarının növbəti cinayəti idi. Bu gün isə ermənilər Laçını tərk edərkən evlərə donuz qanı sürtürlər. Onlar bir daha öz murdar hərəkətlərini ortaya qoydular, amma istədiklərinə nail ola bilməyəcəklər. Bizim müdrik rəhbərimiz siyasət meydanında öz sözünü deyib. Bu gün, təbii ki, Azərbaycanda kilsələr, xristianlığa məxsus olan məbədlər müqəddəs yer kimi qorunur”.

Bu sözləri müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli deyib.

“Tarix boyu haqla batilin savaşı olub. İslam tarixinin fəlsəfəsinə görə, haqq həmişə qələbə çalır. 44 günlük Vətən Müharibəsində 30 il erməni tapdağında qalan torpaqlarımız azad edildi, haqq-ədalət öz yerini tapdı. Ali Baş Komandanımızın və Ordumuzun səfərbərliyi nəticəsində öz torpaqlarımızdan erməni vandallarını çıxartdıq. Amma buna baxmayaraq, ermənilərin bizim torpaqlarımızda hələ də gözü var”, – o, qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi