azia.az
azia.az

Deputat: “İnsanlar artıq yorulub”

24-08-2022, 11:57

Deputat: “İnsanlar artıq yorulub”
Dünən - avqustun 22-də Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiyanın nəzarətində olan Xankəndi şəhərindəki hayklar Rusiyanın Bayraq gününü qeyd ediblər.

Sosial şəbəkələrin erməni seqmentində yayılmış xəbər və videodan bəlli olur ki, onlarla erməni 100 metrlik uzunluğundakı Rusiya bayrağı ilə yürüş ediblər.


Milli Məclisin deputatı Nəsib Məhəməliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Xankəndi şəhərində ermənilərin Rusiya bayrağı ilə yürüş təşkil etmələri düşünülmüş şoudan başqa bir şey deyil və çarəsizlikdən irəli gəlir.

"Hələ də məğlubiyyətlə barışmaq istəməyən ermənilər, ümumi psixoz vəziyyətdən çıxa bilmir və bütün mümkün variantlardan istifadə edirlər ki, Azərbaycan ərazisində, Azərbaycan qanunvericiliyindən kənar həyat qursunlar. Rusiya, İran və yaxud regiondakı gərginlikdən öz maraqları üçün yararlanmaq istəyən müxtəlif qüvvələrlə birlikdə destruktiv fəaliyyətlərini davam etdirsinlər. Əsas məqsəd, separatçıların şimal qonşumuzun müəyyən dairələrinə öz "sədaqətlərini" nümayiş etdirməkdir. Onlar çox gözəl anlayırlar ki, zamanında Azərbaycanın təklif etdiyi imkanları lazımınca qiymətləndirmədilər və qatar artıq gedib. "Status" və yaxud digər imtiyazlar keçərli deyil. Ona görə də, maksimum çalışırlar ki, Azərbaycanın proteksiyasından çıxsınlar. Bu da, qətiyyən mümkün deyil".

Millət vəkili hesab edir ki, hal-hazırki şəraitdə Xankəndində yaşayan ermənilərin təhlükəsizliyi üçün ən doğru yol, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə ciddi yanaşmaq və Azərbaycan qanunları ilə yaşamağa başlamaqdır:

"Bu, nə qədər tez baş versə, o qədər də bütövlükdə regiona sülh tez gələr. İnsanlar artıq yorulub".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi