azia.az
azia.az

Faydaları saymaqla bitməyən bibəriyə (rozmarin) bitkisinin İSTİFADƏ QAYDASI

23-08-2022, 23:03


Bibəriyə (rozmarin) güclü iltihab əleyhinə təsirinə görə revmatizm xəstəliyi zamanı çox faydalıdır. Bədənin immun müqavimətini artırır, bu məqsədlə bibəriyə çayı həftədə 1-2 dəfə içilir. Güclü əsəb sakitləşdirici təsiri var, xüsusən axşam yuxuya getməkdə çətinlik çəkənlər, əsəb gərginliyi və stresə məruz qalanlar üçün faydalıdır. Saç köklərini dərinləşdirir, kəpəklənməni götürür, bununla da saç tökülməsinin qarşısını alır. Saçlar yuyulduqdan sonra onların uzunluğundan asılı olaraq 1-2 xörək qaşığı bibəriyə 1-2 stəkan suda dəmlənir və saçlar bu su ilə yaxalanır.
Faydaları saymaqla bitməyən bibəriyə (rozmarin) bitkisinin İSTİFADƏ QAYDASI
Xəbər verilir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.

Həkimin sözlərinə görə, dəri səpgilərində, qaşınmalarda, diatezlərdə bibəriyə dəmləməsi ilə islatma qoyulur. Baş ağrısı zamanı isə həmin dəmləmə ilə boyun, saç dibləri, qulaq arxası masaj edilir.

Bibəriyə 15 əsrdir ki, xalq təbabətində istifadə olunur. Sübut olunub ki, 2-3 gündən bir bibəriyə çayı içən adamlarda skleroz və Alzheymer xəstəliyi olmur. Arıqlamaq istəyənlər üçün faydalıdır, belə ki, bibəriyə başqa arıqladıcı vasitələrdən fərqli olaraq işlədici təsir göstərmir, yalnız iştahanı zəiflədir.

İstifadə qaydası:

Təzə bibəriyəni yığıb kölgədə qurudun, üstünə zeytun yağı tökün, ağzını bağlayın, isti bir otaqda 10 gün saxlayın və ya ağzı bağlanıla bilən bir bankaya qab tam dolana qədər bitkiləri tökün, sonra üstünə yenə də qab tam dolana qədər rafinə olunmamış zeytun yağı tökün, sobada 50 dərəcə temperaturda 4-5 saat saxlayın, bibəriyə yağınız hazırdır. Alınan yağlı çıxarış ağrıkəsici təsirinə görə miozit (qulunc), revmatizm, oynaq ağrıları zamanı masaj üçün istifadə olunur.

"Bu yağ səpgiləri, sızanaqları və akneləri də sağaldır. Dəmləməsi ilə qarqara etdikdə və ya təzə yarpaqlarını çeynədikdə ağız qoxusunu aradan qaldırır. Mədə-bağırsaq yarasında helikobakter pilori bakteriyası aşkar olunursa müalicədə bibəriyə çayının içilməsi çox faydalıdır. Bibəriyə çayı yüngül işlədicidir, bağırsaqların hərəkətini artırır, bununla da köp və qəbizlikdə müsbət nəticə verir", - deyə F.Hüseynov qeyd edib.

Həkim əlavə edib ki, bu dəmləmənin hamiləlik zamanı və südvermə dönəmində içilməsi məsləhət deyil.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi