Uşaqlar arasında yeni xəstəlik yayılır: "Pomidor qripi"nin əlamətləri
![]()
Dünya daha bir təhlükəli xəstəliklə üz-üzədir.
Xəbər verilir ki, “The Lancet” jurnalının dərc etdiyi hesabata görə, Hindistanda 82 uşaqda “pomidor qripi” aşkarlanıb.
Məlumata görə, virus daha çox 5 yaşdan kiçik uşaqlarda müşahidə edilir. Ancaq 9 yaşlı uşaqlar arasında da yoluxma faktları var.
Xəstəlikdən ölüm halı qeydə alınmayıb.İlk dəfə Hindistanın Kerala əyalətinin Kollam şəhərində müşahidə edilən virus daha sonra Ançal, Aryankavu və Neduvathur rayonlarında da aşkarlanıb.![]()
Virus dəridə qırmızı qabarcıqlar əmələ gətirir; digər əsas əlamətləri isə bunlardır: qızartı, yüksək hərarət, yorğunluq və oynaq ağrıları.
Xəstəliyin müalicə üsulu hələlik müəyyənləşdirilməyib.
Aysel