azia.az
azia.az

Ziyarətgah uçdu, ölənlər və yaralananlar var - VİDEO

22-08-2022, 21:28

Ziyarətgah uçdu, ölənlər və yaralananlar var - VİDEO
Kərbəlada DƏHŞƏT: Ziyarətgah uçdu, ölənlər və yaralananlar var - VİDEO
İraqın Kərbəla şəhərində uçqun baş verib.

Xəbər verilir ki, şəhərdəki Qəttarat İmam Əli türbəsinin damı çöküb.

Hadisə zamanı ibadət ocağında xeyli sayda ziyarətçi olub. İlkin məlumata görə, uçqun nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

Əraziyə xilasetmə briqadaları və təcili tibbi yardım qrupları cəlb olunub. Uçqun altında qalanların olduğu bildirilir. Xilas edilənlər arasında üç uşaq var. Ölü sayının artması istisna edilmir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi