azia.az
azia.az

Bakıda AĞIR QƏZA: "VAZ-2107" ilə DSQ-nin avtobusu TOQQUŞDU - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

26-05-2017, 09:08

Bakıda AĞIR QƏZA: "VAZ-2107" ilə DSQ-nin avtobusu TOQQUŞDU - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR



Bakının Qaradağ rayonunda iki nəfərin ölümü və daha iki nəfərin xəsarət alması ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib.

azia.az Report-a istinadən xəbər verir ki, hadisə Lökbatan dairəsi yaxınlığında qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobillə Dövlət Sərhəd Qoşunlarına məxsus kiçik tutumlu avtobus toqquşub. Nəticədə "VAZ 2107"dəki sərnişinlərdən biri hadisə yerindəcə ölüb.

Qəza zamanı habelə 3 nəfər - 1989-cu il təvəllüdlü Məhmədov Cəlal Cəfərağa oğlu, 1987-ci il təvəllüdlü Musayev Elçin Adil oğlu və 1981-ci il təvəllüdlü Paşayev Rüfət İdris oğlu ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilən Rüfət Paşayev ilkin tibbi yardım zamanı dünyasını dəyişib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırmalara başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi