azia.az
azia.az

Azərbaycanda bu şəxslərə güzəşt tətbiq edilə bilər - VİDEO

22-08-2022, 09:05


Quru sərhədlər bağlıdır, aviabiletlərin qiyməti isə bahadır. Buna görə də xaricdə oxuyan tələbələr üçün təyyarə biletlərinə güzəşt tətbiq edilməsi təklif olunur.
Azərbaycanda bu şəxslərə güzəşt tətbiq edilə bilər - VİDEO
Xəbər verilir ki, bu təkliflə çıxış edən millət vəkili Ceyhun Məmmədov "Xəzər Xəbər"ə deyib ki, qonşu Türkiyə də daxil olmaqla dünyanın bir çox ölkələrində nəqliyyat vasitələrindən istifadədə tələbələrə güzəştlər edilir.

Burada məqsəd tələbələrin bir çox sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də dövlətin qayğısını hiss etmələridir.

Millət vəkili hesab edir ki, bu sahədə ölkəmizdə tələbələrə cuzi də olsa güzəştlər edilməlidir.

Bundan əlavə, Ceyhun Məmmədov ölkə ərazisində də tələbələrin ictimai nəqliyyatdan istifadəsində güzəştlərin edilməsini təklif edib.

Millət vəkili qeyd olunan təkliflərin tezliklə reallaşdırılacağına ümid etdiyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi