azia.az
azia.az

Amerikalı alim: “ABŞ Ukraynadakı müharibəyə birbaşa qoşula bilər”

21-08-2022, 09:42


“ABŞ Rusiyaya qarşı mübarizə aparmaq üçün Ukraynadakı müharibədə birbaşa iştirak edə bilər”.
Amerikalı alim: “ABŞ Ukraynadakı müharibəyə birbaşa qoşula bilər”
“RBK Ukraina” xəbər verir ki, bu iddia ilə Çikaqo Universitetinin professoru, politoloq Con Mirşaymer çıxış edib.

O, bir neçə mümkün ssenari göstərib:

“Ən çox ehtimal edilən ssenari Ukrayna ordusunun zəifəməsi və Rusiyanın qələbəyə yaxın olmasıdır. Bu zaman Bayden administrasiyası bu nəticənin qarşısını almaq döyüşlərdə birbaşa iştirakla bağlı qərar verə bilər. İkincisi, savaş 1 ildən çox çəkərsə, yenə ABŞ döyüşlərə qoşula bilər. Həmçinin Ağ ev Ukraynaya kömək üçün ora quşu qoşunlarını göndərə bilər”.

Alimin fikrincə, ABŞ müharibədə birbaşa iştirak etməklə durumun dəyişməsinə qərar verə bilər.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniya və ABŞ-dan olan deputatlar demişdilər ki, Rusiya Zaporejye Atom Elektrik Stansiyasında təhdidi fonunda NATO adekvat cavab verə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi