Günvurma zamanı nələrə diqqət yetirməli?
"Günvurma zamanı ilkin olaraq zərərçəkən şəxsin huşunun yerində olub-olmaması yoxlanılmalıdır".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin rəsmi "Instagram" hesabında canlı yayım zamanı deyib.
Xəbər verilir ki, həkim onun ürək ritminin normal olmasına diqqət edilməli olduğunu bildirib.
"Daha sonra həmin şəxsi kölgəyə keçirib, günəşin şüalarından uzaq olan yerə aparmalı, günəşin təmas etdiyi yerlərə soyuq su ilə kompres etməli, sərin su içirməliyik".
Z.Quliyev vurğulayıb ki, zərərçəkmişin huşu yerində deyilsə, bu zaman ilkin tibbi yardım göstərilməlidir:
"İlkin tibbi yardım kimi də süni tənəffüs vermək, bundan sonra isə həkimə müraciət etmək lazımdır".