azia.az
azia.az

AzTV-nin əməkdaşı qəfil vəfat etdi

11-08-2022, 19:53

AzTV-nin əməkdaşı qəfil vəfat etdi
Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı Fariz Babayev 39 yaşında dünyasını dəyişib.

Azia.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər.

Faktı "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər. Bildirilib ki, F. Babayev bir neçə gündür məzuniyyətdə idi. Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.

Qeyd edək ki, F. Babayev AzTV-də operator vəzifəsində çalışırdı. Ailəli idi, bir övladı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi