azia.az
azia.az

"VİA TRAVEL" TURİZM ŞİRKƏTİ İLƏ BAĞLI NARAZILIQ VAR

10-08-2022, 09:25

"VİA TRAVEL" TURİZM ŞİRKƏTİ İLƏ BAĞLI NARAZILIQ VAR
“Via Travel” turizm şirkətinin müştəriləri aldadaraq onların pulunu mənimsədiyi iddia edilir.

Bu barədə turizm şirkətinə müraciət etmiş şəxslər şirkətin sosial şəbəkə hesabındakı paylaşımların şərh bölməsində qeyd ediblər. Müştərilər sözügedən şirkətin rəhbəri Ülvi Abbaslının onlara satdığı turpaketlərin saxta olduğunu iddia edərək, ödədikləri pulların geri qaytarılmasını tələb edirlər.

Məsələ ondadır ki, bəzi turizm şirkətlərinin rəhbərləri də “Via Travel” turizm şirkəti tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia edirlər.

Belə narazılardan biri də “Welcome Travel Azerbaijan” turizm şirkətinin rəhbəri Emin Quliyevdir. O, bir müddət öncə Ülvi Abbaslıdan müəyyən turpaketlər aldığını, lakin həmin turpaketlərin saxta olduğunu biləndən sonra Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayət etdiyini deyib. Ülvi Abbaslı tərəfindən fırıldaqlığa məruz qalan bir çox müştərinin indi də özü ilə əlaqə saxladığını deyən Emin Quliyev sözügedən şəxsin bu cür əməllərdən əl çəkmədiyini bildirib.

İddialarla bağlı “Via Travel” turizm şirkəti ilə dəfələrlə əlaqə saxlamaq cəhdləri alınmayıb, zənglər cavabsız qalıb.

Məsələ barədə Daxili İşlər Nazirliyindən açıqlama verilib və bildirilib ki, mövzu ilə bağlı araşdırmalar aparılır və hüquqi qiymət veriləcək: “Şirnikləndirici vədlər verərək əvəzində aşağı səviyyədə xidmət göstərən turizm şirkətlərilə bağlı daxili işlər orqanlarına müraciətlər daxil olur. Daxil olan müraciətlər əsasında araşdırmalar aparılır və araşdırmanın nəticəsindən asılı olaraq məsələlərə hüquqi qiymət verilir.

Tövsiyə edirik ki, vətəndaşlarımız etibar etmədiyi şirkətlərə müraciət etməsinlər”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi