azia.az
azia.az

Tanınmışın ailəsində qaynana-gəlin davası - FOTO

6-08-2022, 18:56

Tanınmışın ailəsində qaynana-gəlin davası - FOTO
Britaniyalı dizayner və müğənni Viktoriya Bekhemin yeni gəlini Nikola Peltzlə münasibətləri soyuq müharibəyə bənzəyir.

Xəbər verilir ki, bu barədə "Page Six" ailəyə yaxın mənbəyə istinadla xəbər verib.

Nəşrin yazdığına görə, Viktoriya ilə gəlini arasındakı problemlər 2022-ci ilin aprelində baş tutan toydan əvvəl başlayıb: Belə ki, Bruklin Bekhemlə evlənən Peltz gələcək qayınananın tədbirin planlaşdırılmasında iştirakını istəməyib. Həmçinin onunla ünsiyyəti minimum səviyyədə saxlamaqla Viktoriyanı görülən işlər haqqında məlumatlandırmayıb.
Tanınmışın ailəsində qaynana-gəlin davası - FOTO
"Onlar bir-birlərinə nifrət edirlər və danışmırlar. Toy üçün hazırlıqlar dəhşətli idi", - deyə Bekhem ailəsinə yaxın mənbə nəşrə bildirib.

İnsayder əlavə edib ki, Viktoriya yeni ailə üzvü ilə çətinliklə qəbul edə bilib. Britaniyanın "Tatler" jurnalının üz qabığında Peltzin "Yeni missis Bekhem" adlandırılması ilə vəziyyət daha da gərginləşib.

O da bildirilir ki, hazırda Mayamidə yaşayan yeni evlilər Devid və Viktoriya Bekhem ailəsi ilə demək olar ki, ünsiyyət qurmurlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi