‘Abır–həyanın’ satıldığı ‘VİKTORİYA’da Əmək Kitabçası Qalmaqalı - ŞİKAYƏT
“Viktoriya” əxlaqsızlığın tüğyan etdiyi bir obyektdə Əmək kitabçası qalmaqalı düşüb. Diqəətinizə çatıraq ki paytaxtın Babək pr.-ndə yerləşən daim mətbuatda əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi iddia edilən “Viktoriya” 37-ci polis şöbəsinin ərazisi olmağına baxmayaraq obyektin fəaliyyəti nəzarətsizdir. DİN-nin nəzərinə çatıraq ki, bu obyektin fəaliyyəti tam şəkildə media nümayəndələrinin araşdırmaları nəticəsində əxlaqsız yuvası olduğu aşkarlanıb. Aşkarlanan faktlarla bağlı bu günə qədər “Viktoriya” adlı iaşiə obyekti barəsində tədbir görülməməsinin səbəbləri nədir…?
Qeyd edək ki, müştərilərinə yaşlı xadiməni təhqir etdirərək işdən çıxaran Həmid adlı priton icarəçisi yaşlı qadının qarşı edilən hərəkətlərə laqeyd qalıb.
BakuNews.az-a müraciət edən xanım (etika xətrinə xanımın adını derc etmirik) qeyd edib ki, “Viktoriya” adlı iaşiə obyektə dolanışıq ucbatından 7 il xadimə işlədiyi və sonda əxlaqsız qadın damğası vurulub. Yaşlı qadını təhqir edən müştərilər ona əxlaqsız ifadələr işlədib. Təhqirə dözməyən yaşlı xanım obyekt müdirinə şikayət edib. Obyekt icarəçisi Həmid adlı şəxs tabeçiliyində olan xanımı xəbərdarlıq etmədən işdən qovub. xanımın bildirdiyinə görə 7 il rəsmi şəkildə “Viktoriya” adlı iaşiə obyektə işləyib sosial sığorta kartına qədər mövcudur. Bundan sonar isə xanım bakı şəhərini tərk etmək qərarına gələrək doğma kəndinə qayıdıb. (sahibkarın əslində icarəyə verdiyi obyektin Zaur adlı şəxslə müqavilə bağladığı qeyd edilməkdədir). Həmid adlı icarəçiyə zəng edərək işlədiyi dövrə aid olan əmək kitapçasını tələb edib. Xanımın tələbinə məhəl qoymayan obyekt icarəçisi kimi tanıdığı Həmid onda əmək kitabçasının olmadığını bildirib.
P.S. Bütün bunlardan məlum olan bir məsələ olur ki, “Viktoriya” adlı obyekt fəaliyyəti qeyri-qanuni aparılmaqdadır. Rəsmi vergi ödəyicisi olan bir obyektdə işçilərlə Əmək Müqaviləsi, Əmək kitabçasının olmaması artıq bu məkanın dövlət büdcəsinə ödəməli olduğu vergi qaçaqçılığı qələmə alına bilər. Vergi ödəyən bir müəssisə necə ola bilər ki İnsan Resurslarına qarşı bu qədər laqeyid yanaşır. Obyektin Vergilər nazirliyi tərəfindən yoxlanılması üçün isə müraciətimiz mütləq olacaq. Bununla yanaşı İnsan Alverinə Qarşı Mübarizə idarəsinində susqunluğu bu obyektin jurnalistlərə etdiyi hədə qorxuların nədən qaynaqlandığından xəbər verməkdədir. Güman edir ki, DİN-yi yanında İnsan Alverinə Qarşı Mübarizə idarəsinin məsələ ilə bağlı tədbir görəcəyi və bunla bağlı media qurumlarına məlumat veriləcəkdir.