azia.az
azia.az

Regionlarda fəaliyyət göstərən qadın fermerlərə dəstək tədbirləri davam etdirilir (FOTOLAR)

5-08-2022, 23:06

Regionlarda fəaliyyət göstərən qadın fermerlərə dəstək tədbirləri davam etdirilir (FOTOLAR)
Azərbaycan hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında Tərəfdaşlıq Proqramı (FATP) Sazişi üzrə layihələr uğurla icra olunur. Proqram çərçivəsində icra olunan “Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması” layihəsinə əsasən qadın fermerlərə dəstək tədbirləri davam etdirilir.

İndiyədək 12 hədəf regionundan 300-ə yaxın qadın fermeri birləşdirən bu layihədə bağçılıq, arıçılıq, heyvandarlıq, quşçuluq, aqroturizm, qida təhlükəsizliyi, marketinq və satış üzrə təlimlər keçirilib, qadın fermerlər tərəfindən təqdim olunmuş 245 biznes plan təsdiqlənib. Təsdiq edilmiş biznes planlara əsasən 13 təsərrüfat damcı suvarma sistemi, 83 təsərrüfat arıçılıq avadanlığı, digər təsərrüfatlar isə quşçuluq, südçülük, qida emalı və məhsul yığımı üçün alətlər və avadanlıqlarla təmin ediliblər. 14 qadın qrupuna bizneslərinin təşviqi və məlumata çıxışın təmin olunması məqsədilə komputer avadanlıqları verilib.

Bununla yanaşı, kənd yerlərində qadınların məşğulluğu, start-up və sahibkarlıq üçün texniki dəstək sahələrində ən yaxşı təcrübələrlə tanış olmaq məqsədilə Türkiyəyə təlim səfəri təşkil edilib. Səfərdə aidiyyəti dövlət qurumlarının əməkdaşları, layihə benefisiarları, o cümlədən müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Layihənin növbəti mərhələsində fermerlərə texniki dəstəyin göstərilməsi davam edəcək və bazarlara çıxışları daha da genişləndiriləcək. Qeyd edək ki, Azərbaycan hökumətinin maliyyə dəstəyi, Aqrar Kredit və İnkişaf Agentliyinin koordinasiyası və FAO-nun texniki dəstəyi ilə icra olunan “Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması” layihəsinin məqsədi kənd təsərrüfatının müxtəlif sahələrində çalışan qadınların bilik və bacarıqlarını artırmaq, məşğulluğunu təmin etmək, onları lazımi avadanlıqlarla təchiz etməklə bizneslərinin inkişafına dəstək göstərməkdir.

Regionlarda fəaliyyət göstərən qadın fermerlərə dəstək tədbirləri davam etdirilir (FOTOLAR)
Regionlarda fəaliyyət göstərən qadın fermerlərə dəstək tədbirləri davam etdirilir (FOTOLAR)
Regionlarda fəaliyyət göstərən qadın fermerlərə dəstək tədbirləri davam etdirilir (FOTOLAR)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi