azia.az
azia.az

Eynulla Fətullayev Prezidentin xüsusi nümayəndəsini niyə söyüb? - Şuşada qalmaqal

24-07-2022, 07:35


Eynulla Fətullayev Prezidentin xüsusi nümayəndəsini niyə söyüb? - Şuşada qalmaqal
İyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda tədbirin qeyri-rəsmi hissəsində – şam yeməyi zamanı dava düşüb. Time TV xəbər verir ki, haqqın.az xəbər saytının rəhbəri Eynulla Fətullayev və qafqazinfo.az xəbər saytının baş redaktoru Elbrus Ərud (Seyfullayev) şam yeməyi zamanı spirtli içki qəbul ediblər. Nəticədə sərxoş vəziyyətdə ətrafdakıları nəzərə almadan ağır söyüşlər söyməkdən çəkinməyiblər. Hadisəyə səbəb Eynulla Fətullayevin Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov barəsində ağır söyüşlərlə təhqir etməsi olub. Buna etinasız qalmayan Şuşa Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov “Burada igidlərimiz şəhid olub, heç olmasa onların ruhu xatirinə ədəbli olun”, – deyib sakitləşdirmək istəyi Eynulla Fətullayev tərəfindən qeyri-əxlaqi hərəkəti ilə qarşılanıb. Bundan sonra Eynula Fətullayev bir qədər də aqressivləşib. Bu hadisə həmin tədbirdə iştirak edən jurnalistlərin bir çoxunun gözü qarşısında baş verib. Haqqın.az xəbər saytının rəhbəri Eynulla Fətullayev isə özünün “Facebook” səhifəsində hadisənin baş verdiyini təkzib edib və bu xəbəri mətbuata ötürənləri trol və onların kuratorları adlandırıb: “Hörmətli trolların və onların kuratorlarının nəzərinə! Tədbirdən sonra kiçik ziyafət oldu. Bu gün səhərdən, trollar və onların kuratorları bu ziyafətə, xüsusilə bizim masaya tərəf diqqəti yönəltməyə cəhd edir. Əslində, nə baş verib? Masada mən, həmkarlarım və dostlarım Elbrus Erud və Üzeyir Cəfərli əyləşmişdi. Bu arada masamıza Elbrus Erudun dəvətilə Şuşa qoruğunun əməkdaşı Zaur Həsənov gəldi. Mən həmkarlarıma Şuşa şəhərinin başçısı Aydın Kərimovun müxalifətdəki, sonra Bakı portundandakı fəaliyyətindən bəhs edirdim. Bu fikirlərim Zaur Həsənovun xoşuna gəlmədi və o, etirazını bildirmək istəyərkən, ondan xahiş etdim ki masamızı tərk etsin. Əhvalımızı pozmasın… Sonra təkidlə xahiş etdim. Və məmur çıxıb getdi. Bu qədər bəsit. Bir halda ki, kuratorlar bu xırda, “məişət” söhbəti ətrafında trol hücumu sifariş veriblər, o zaman heç olmasa əhvalatı olduğu kimi təqdim edin. Onsuz da gördüyünüz digər işlər kimi bu trolling də effektsizdi. Sizdən fərqli olaraq mən hədəfi həmişə sərrast vururam, bunu nəzərə alın! Hələlik bu qədər”.///avtosfer.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi