azia.az
azia.az

QHT-nin Krımdan gələn qonağı

21-07-2022, 19:05


QHT-nin Krımdan gələn qonağı

QHT-nin Krımdan gələn qonağı
Məlumat verdiyimiz kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in (BƏC İB) Krım şöbəsinin rəhbəri Natalya Postemskaya bir neçə gündür ki, Bakıdadır. Bu Natalya xanımın Bakıya ikinci səfəridir.
Natalya Postemskaya Azərbaycan incəsənətinə, sənətkarlarına böyük dəyər verir. Respublikamıza ötən səfəri zamanı o, Xalq artisti Gülyanaq Məmmədova ilə yaxından tanış olmuş və Azərbaycan musiqisinə valehliyini bildirmişdir. Gülyanaq xanıma xüsusi rəğbəti olan Natalya Postemskaya bu səfəri zamanı yenə də onunla görüşmüşdür.
Natalya xanım ürək sözlərini mətbuat vasitəsi ilə çatdırmağı xahiş etmişdir:QHT-nin Krımdan gələn qonağı
-Gülyanaq xanım gözəl səsə malik sənətkar olmaqla yanaşı, həm də gözəl qəlbə, ürəyə malik bir xanımdır. Mənim gördüyüm qədər Gülyanaq xanım aztəminatlı ailələrin xeyir işlərində sənəti ilə bağlı xeyirxahlığını əsirgəmir. Nə yaxşı ki, belə insanlar var. Mən də Gülyanaq xanımı tanıdığım üçün xoşbəxtəm. Elə bilirəm Azərbaycanda bacım və rəfiqəm var. Gülyanaq xanımın simasında bütün Azərbaycanlı xanımlara xoşbəxtlik arzulayıram.


Məlahət Abdullayeva
"Əlillər Dünyası" qəzetindən


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi