azia.az
azia.az

Kəşfiyyatlar Ermənistana niyə yığışır? (ŞƏRH)

20-07-2022, 07:51


Kəşfiyyatlar Ermənistana niyə yığışır? (ŞƏRH)
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin dünən İrəvana səfər edib. Narişkin səfər çərçivəsində Baş nazir Nikol Paşinyanla görüşüb. Görüşdə Cənubi Qafqazdakı vəziyyət, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Xatırladaq ki, ondan bir neçə gün əvvəl isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns da Ermənistana elan olunmamış səfər edib. MKİ şefi İrəvanda Baş nazir Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Amma görüşün təfərrüatı məlum deyil. Ermənistan hökumətinin mətbuat xidməti yalnız quru bir xəbər yayıb ki, Baş nazir Nikol Paşinyan və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Robert Börns "beynəlxalq və regional təhlükəsizlik, terrorizmlə mübarizə məsələlərini”, eləcə də Cənubi Qafqaz regionunda baş verən prosesləri müzakirə ediblər.

Onu da qeyd edək ki, bu, MKİ rəhbərinin Cənubi Qafqaza ilk səfəridir. Maraqlıdır ki, Börnsün bu səfəri də İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin İrəvan səfərindən az sonraya təsadüf eləyib.

Qısa müddətdə İrəvana olan bu üç müxtəlif səfəri Qaynarinfo-ya şərh edən politoloq Cümşüd Nuriyev bildirir ki, Cənubi Qafqazda 44 günlük müharibədən sonra yaranan yeni siyasi reallıqları Moskva və Tehran öz xeyrinə həll etmək istəyir. ABŞ da bu reallıqdan yararlanmaq və İrəvanı öz tərəfinə çəkmək istəyir. Digər tərəfdən, ekspertə görə, İrəvana ayrı-ayrı vaxtlarda baş verən sözügedən 3 səfər bölgədə həddən artıq hərəkətliliyin olmasının göstəricisidir:

"Bu hərəkətlilik Rusiya, ABŞ və İranı da müəyyən mənada narahat edir. Ermənistan hazırda öz ağlı ilə çoxvektorlu siyasət yürütməyə çalışır. Bu fonda ağaları ona bu yollardan birini seçməklə bağlı diriniblər. İran 30 ilə yaxın Ermənistanı bu və ya digər formada təmin edib. İran Ali Təhlükəsizlik Şurasının katibi Şamxainin İrəvana gəlişinin əsas məqsədi hazırda İranda baş verən prosesləri nəzarətə götürməkdən ibarət olub. İranın ali hərbi elitasında Ermənistan üzərindən böyük miqdarda para qazanan qruplar var”.

C. Nuriyev Börnsün gəlişini də təsafüdi saymadı:

"Çünki Paşinyanı hakimiyyətə Soros fondu gətirib. Habelə, ABŞ-ın dünyada 4-cü ən böyük səfirliyi İrəvandadır, 2 mindən çox əməkdaşı var. Vaşinqton Ermənistana həm Rusiya, həm də İrana görə ciddi maraq göstərir. Onlar erməni millətini də tanıyır, bilir ki, əxlaqi cəhətdən sürüşkəndirlər. Ona görə də Paşinyanı seçim qarşısında qoymaq istəyirlər. ABŞ-ın Azərbaycana münasibətində də son zamanlar ciddi irəliləyişlər var”.

Narışkin də politoloqa görə, İrəvandan seçim etməyi tələb edəcək:

"Ermənistanın əsl ağası Rusiyadır. Narışkin də təsadüfi gəlməyib. Bu gün Tehranda keçirilən görüş fonunda tək Rusiya və İranı deyil, Türkiyəni də nəzərə alsaq, həmin tədbir daha çox dəhlizin açılması və İrəvanın ABŞ-dan əl çəkib-cəkməyəcəyilə bağlı Ermənistanın taleyini həll edəcək. Baydenin Yaxın Şərqə olan səfərindən sonra İranın yaxın gələcəkdə Ukraynada olduğu kimi, müharibəyə məruz qalması ehtimalı yüksəkdir. Bütün bunların fonmunda Rusiya da İrəvandan seçim etməyi tələb etmək üçün gəlir”.

Həmsöhbətimiz düşünür ki, Narışkin İrəvandan qayıdandan sonra Ermənistan tərəfindən sərhəddə yeni təxribatlara start veriləcək.

Rüfət Sultan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi