azia.az
azia.az

İnternat məktəbində dəhşət - Direktor və müavin güllələndi

18-07-2022, 21:30

İnternat məktəbində dəhşət - Direktor və müavin güllələndi
Rusiyanın Kabardin-Balkar vilayətində psixonevroloji internat məktəbinin direktoru və əməkdaşını öldürdüyü iddia edilən şəxs müşahidə kamerasına düşüb.
Xəbər verilir ki, onun görüntülərini SHOT Telegram kanalı yayıb.
Kadrlarda qatilin internat məktəbinin binasına kamuflyaj formada girdiyi görünür. O, direktorun kabinetinə gedir, bir müddət sonra işçilərdən biri həmin otağa qaçır. Qatil kabinetdə onların hər ikisini güllələyir və hadisə yerini tərk edir.
Cinayət Çegemsk rayonunun Yanikoe kəndində baş verib. Şübhəli şəxs mühafizəçi kimi işə düzəlmək adı ilə internat məktəbinə gəlib. Ölənlər məktəbin 43 yaşlı direktoru Murad Balov və 45 yaşlı mühafizə rəisi Basarbi Xurzokovdur.
Hazırda qatilin axtarışları davam etdirilir, istintaqda şübhəlinin şəxsiyyəti ilə bağlı məlumatlar var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi