azia.az
azia.az

İnternat məktəblərində neçə şagird təhsil alır? - STATİSTİKA

22-09-2021, 14:52

İnternat məktəblərində neçə şagird təhsil alır? - STATİSTİKA
2020-2021-ci il tədris ilində sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan xüsusi məktəb və internatlarda ötən illə müqayisədə şagirdlərin sayı 40 nəfər artaraq 5424 nəfərə çatıb, bu barədə anews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.


5424 şagirddən 3316-sı sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan məktəbdə, 2288 nəfəri isə internat məktəblərində təhsil alır.

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 xüsusi məktəb və 9 internat məktəbi fəaliyyət göstərir.

Ümumi təhsil müəssisələrində hazırda 1230 sağlamlıq imkanları məhdud uşaq təhsil alır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi