azia.az
azia.az

İnternetlə sifarişlərə daha bir zərbə: “Pulu köçürəndən sonra hamısı susdu” – İDDİA

14-07-2022, 16:10


Azərbaycanda internet üzərindən alış-verişlərdə daha bir problem yaşanıb. Sosial şəbəkədə yayılan iddiaya görə, vətəndaş internet üzərindən sifariş verib, ancaq pulu mənimsənilsə də, sifarişini ala bilməyib.
İnternetlə sifarişlərə daha bir zərbə: “Pulu köçürəndən sonra hamısı susdu” – İDDİA
Xəbər verilir ki, Yevlax sakini internetdə tapdığı şirkət tərəfindən aldadıldığını bildirib:

“Evimi təmir etdirdiyim üçün qapı axtarırdım. Eynilə qapı axtaran bir qohumum internetdə bir firma tapdığını, orada yaxşı qapıların olduğunu bildirdi. Onun sifariş etdiyi məhsuldan mən də sifariş verdim. Sifarişin məbləği 600 AZN etdi”.

O qeyd edib ki, məbləğin hamısını şirkətin bank hesabına köçürüb:

“İlkin olaraq 200 manat ödədim. Zəng edib, ünvanı soruşdular, artıq mənzilə yaxınlaşdıqlarını bildirdilər. Onları qarşılamağa getdiyimdə yenidən şirkətdən zəng gəldi ki, “müəllim, ustalar gəlirlər, yoldadırlar, siz bizim ödənişi tam köçürün, 50 AZN də ustaya verməlisiniz”. Qalan 400 manatı da bank hesablarına köçürdüm. Çox təəssüf ki, pulu köçürdükdən sonra nə usta, nə də şirkət telefonlara cavab verir”.

Şikayətçi şirkət nümayəndəsinin özünü Hüseynov Ruslan Rüstəm oğlu kimi təqdim etdiyini bildirib.

Qeyd edək ki, bu yaxınlarda başqa bir vətəndaş elan saytında yerləşdirilmiş telefon nömrəsilə əlaqə saxlayaraq tikinti materialı almaq istəyərkən oxşar üsulla aldadılaraq 1000 manatını itirdiyini bildirmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi