azia.az
azia.az

Əmiraslanovun kitab yandırması vəzifə hərisliyi və qorxaqlıqdır - Şərif Ağayar

8-07-2022, 13:10

Əmiraslanovun kitab yandırması vəzifə hərisliyi və qorxaqlıqdır - Şərif Ağayar
Ötən gün Əməkdar mədəniyyət işçisi, Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanovun arxivini yandırması ictiamiyyət arasında böyük səs-küyə səbəb olub.
Bəziləri onu kitablarını yandırdığı üçün qınayıb, bəziləri isə psixoloji vəziyyətinin pis olduğunu düşünərək kədərini ifadə edib.
Azia.az xəbər verir ki, məsələ ilə bağlı yazar Şərif Ağayar Bakupost.az -a fikirlərini bildirib.
Yazarın sözlərinə görə, Tahir Əmiraslanov yüksəkvəzifəlilərə gücü çatmadığı üçün kitablardan intiqam alıb:
“Mən bu hadisəni eşidəndə Vikipediyaya göz atdım, bu şəxs 1991-ci ildən Milli Kulinariya Mərkəzinin rəhbəri olub, üstəlik “Kulinar” jurnalının baş redaktorudur. Tahir müəllimin vəzifə stajı Azərbaycan Respublikası ilə yaşıddır. Təsəvvür edin, 31 il vəzifədə işləyib, kulinariyanın problemləri vəzifədən çıxandan sonra yadına düşüb. Yuxarı dairələrə də gücü çatmır deyə intiqamını kitablardan alır. Onun hərəkəti konkret olaraq vəzifə hərisliyi və qorxaqlıqdır. Eyni zamanda, nə qədər boş adam olduğunun göstəricisidir. Əslində, o, kitabları yox, özünü yandırdı”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi