Zaur Baxşəliyev ETİRAZ ETDİ: "Deyirlər ki, "arvad" demə..."
Zaur Baxşəliyev aparıcılıq etdiyi "Zaurla günaydın" verilişində açıqlaması ilə diqqət çəkib.
Xəbər verilir ki, Zaur Baxşəliyev həyat yoldaşına "arvad" deyə müraciət edənləri dəstəklədiyini deyib: "Ailənin yaxşı olması hörmətdən asılıdır. Görkəm baxımımda hər şey yaxşı görünə bilər. Kənardan baxırsan ki, oğul-qız, ər-arvad var. Bir model olaraq kənardan yaxşı görsənir. Onu da deyim ki, ər-arvad sözündən niyə xoşları gəlmir?! Üzeyir Hacıbəyov "Ər və arvad" operettasını yazıb. Deyirlər ki, "arvad" demə! "Arvad" sözü var da..."
Qeyd edək ki, Zaur və Günay cütlüyünün iki övladı var.
(Teleqraf.com)