azia.az
azia.az

Daşkəsəndə SÖYÜŞ MAŞINI peyda olub... - Əhəd Abıyevi qoruyur...

17-06-2022, 10:20

Daşkəsəndə SÖYÜŞ MAŞINI peyda olub... - Əhəd Abıyevi qoruyur...
" 3 cümləlik xəbər ilə bağlı baş redaktor təhqir olunub, hədələnib". Bu barədə Bizimxeber.az İnformasiya Portalının baş redaktoru Ədil Hüseynli bildirib.

Baş redaktor deyib ki, ötən gün rəhbəri olduğu portalda gedən 3 cümləlik xəbər üzündən təhqir olunub: "Bu gün səhər Daşkəsən qəzetinin rəhbəri Elmar Əliyev olduğunu deyən şəxs mənə telefon açıb xəbərin mənbəyinin hardan qaynaqlandığını öyrənməyə cəhd etdi. Təbii ki, mən də onun bu sualı verə biləcək qədər səlahiyyətli şəxs olub - olmadığını soruşdum. Cavab verdi ki, elə Daşkəsən icra hakimiyyəti, icra başçısı Əhəd Abıyevlə bağlı olan bütün yazılara, xəbərlərə məsul şəxs odur. Açıq şəkildə bildirdim ki, qarşı tərəf olaraq mövqeyinizi göndərin işıqlandıraq.

Cəmi bir dəqiqəlik söhbət əsnasında bəlli oldu ki, Daşkəsən qəzetinin rəhbəri Elmar Əliyev sadəcə xəbərin hardan gəldiyini öyrənmək istəmir, məqsədi təhqir etmək, aşağılamaq, hədələməkir. Daha sonra isə "sən özünü axırıncı yola qoydun" deməsi hər şeyin aydın olduğunu ortaya qoydu. Təbii ki, belələri ilə uzun-uzadı danışmaq mənim tərbiyəmdə deyil, dəstəyi asdım".

Baş redaktor hesab edir ki, icra başçısı Əhəd Abıyevin ətrafında belə adamların toplanması təsadüfü deyil: "Təəssüflər olsun ki, bəzi icra başçılarının ətrafında belə tərbiyəsiz adamlar mövcuddur. Görünür 3 cümləlik xəbərə görə, belə əndişə keçirən adamların, icra başçılarının problemi daha çoxdur və adlarının mətuatda çəkilməsini, yada düşmələrini istəmirlər. Yəqin ki, bir gün növbə belə şəxslərə çatacaq və bu o qədər də uzaqda deyil.

Qanunları gözə soxmağa çalışan bu adamlar özləri qanunları uzun illərdir pozur və pozmaqda davam edirlər. Əhəd Abıyevə gəldikdə isə icra başçısına səslənərək bildirirən ki, ətrafındakı belə adamlardansa, daha səliqəli və peşəkarlarla işləməsi məqsədəuyğundur. Fikir və ifadələrindən savadsız və tərbiyyəsiz olduğunu ortaya qoyan bu adamdan Daşkəsən qəzetinin rəhbəri olmaz. Baş redaktor heç olmaz...


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi