azia.az
azia.az

Sərdar Cəlaloğlu Şuşada nədən narazı qaldı?

17-06-2022, 07:52


İyunun 15-də 40-a qədər siyasi partiya rəhbərlərinin Şuşaya səfəri qalmaqalsız ötüşməyib.


Xəbər verilir ki, Şuşa Bəyannaməsinin imzalanmasının 1-ci ildönümünə həsr olunmuş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfransa partiya sədrləri də dəvət olunmuşdu.
Sərdar Cəlaloğlu Şuşada nədən narazı qaldı?

Partiya sədrləri Şuşada xeyli şəkillər çəkdirib sosial şəbəkələrdə paylaşıblar. Amma ADP sədri Sərdar Cəlaloğlunun həmin fotolarda olmaması diqqətimizi cəlb etdi.


Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, Sərdar Cəlaloğlu da Şuşada olub.


"O, sadəcə şəkil çəkdirmək istəməyib", - P.Hüseyn deyib.


Məlumata görə, S.Cəlaloğlu Şuşaya səfər etsə də, bu səfərin formatı onu qane etməyib. Belə ki, dünənə qədər Rusiyanı tərifləyən, Türkiyəyə qarşı qısqanc mövqeyilə seçilənlərin onunla eyni avtobusa mindirilib, eyni tədbirə yola salınmasından narazı qalıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi